Eldar Əzizov məhkəməyə verildi - Torpaq iddiası

Torpaq mübahisəsi 3 dövlət qurumunu məhkəməlik edib.

Bizimxeber.az bildirir ki, “Orxan” kiçik müəssisəsi Bakı Şəhər İcra hakimiyyətini məhkəməyə verib. Ancaq BŞİH yanaşı Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti və Azərbaycan Yazıçılar Birliyi inzibati məhkəmə icraatına cəlb olunublar.

İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətsizliyi ilə əlaqədar mübahisə, torpaq münasibətləri üzrə yaranmış mübahisələrdir.

İşə Bakı Apellyasiya Məhkəməsində hakim Xəyalə Cəmilovanın sədrliyi ilə baxılacaq.