Elçin Sadıqov yenidən Baş Prokurorluğa aparıldı

Rüşvət almada iştirakçılıq ittihamı ilə həbs edilən tanınmış vəkil Elçin Sadıqov yenidən Baş Prokurorluğa aparılıb.

Bizimxeber.az xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov mətbuata bildirib.

Onun sözlərinə görə, bu gün Bakı Apellyasiya Məhkəməsində E.Sadıqovla bağlı keçirilməli olan məhkəmə təxirə salınıb. Vəkillərə bildirilib ki, istintaq hərəkətləri ilə bağlı Sadıqov bu gün saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından Baş Prokuroluğa aparılıb.

Onun apellyasiya məhkəməsi sabaha təxirə salınıb.