Madriddə keçirilən NATO Liderlər Zirvə toplantısında razılığa gələn, Finlandiya və İsveçin üzvlüyünə yaşıl işıq yandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "əlavə 73 terrorçu" çağırışına Finlandiyadan cavab gəlib.
Bizimxeber.az "sozcu"yə istinadən bildirir ki, Ərdoğanın açıqlaması NATO daxilində qeyri-müəyyənliyə səbəb olub.
Amma Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib ki, - “Türkiyə ilə razılaşdığımız hər şey imzalanan sənəddə yazılıb.“Türkiyə ilə Madrid arasında ayrı-ayrı şəxslər və ya adamların siyahısı ilə bağlı heç bir danışıq və sənəd imzalanmayıb".