"Dnestryanı praktiki olaraq qaz ehtiyatlarını istifadə edib, onlar sıfıra yaxındır".
Bizimxeber.az bildirir ki, bu barədə tanınmamış respublikanın rəhbəri Vadim Krasnoselski Moldova hökumətinin enerji böhranının həlli təşəbbüsünü şərh edərkən deyib.
O bildirib ki, Dnestryanı kreditlə yanacağın təmin edilməsi xahişi ilə Kişinyova müraciət edib. Ehtiyatlarımız sıfıra yaxındır. Ona görə də biz Moldovadan xahiş etdik ki, tam qaz təchizatı bərpa olunana qədər ən pis ssenarinin inkişafının qarşısını almaq üçün bu həcmi borc alsın”.