Ehtiyatda olan hərbi qulluqçuların pensiya maaşları yenə gecikir.
Bizimxeber.az bildirir ki, əvəllər ayın 15-də verilən ehtiyyatda olan hərbi qulluqçuların maaşları avqustun 17-si olmasına baxmayaraq, hələ də verilmir.
Ehtiyatda olan polkovnik-leytenant, 1 ci və 2-ci Qarabağ Müharibəsi Veteranı Elçin Kərimov pensiyaların gecikmə faktını təsdiqləyərək əlavə edib ki, ayın 15-də verilən təqaüdlər, 2 gündür gecikir: "Pensiyalar həmişə ayın 15-də verilirdi. Bu dəfə 2 gündür gecikir.
Dövlət Sosial Müdafiə Fondunun 190 - “Mərkəzi Çağrı Sisteminə zəng etdikdə avtomatik olaraq bildirilir ki, əgər pensiya ilə bağlı müraciət etmisizsə bu ayın 27-də veriləcək.Yəni heç bir səbəb göstərilmədən pensiyaların bu qədər yubanmasına səbəb nədir?
Hamımız bilirik ki, əhaiinin 99 faizi kreditlərlə yüklənib və insanların demək olar ki, əksəriyyəti kredit ödəyir. Elə hərbçilər də demək olar aldıqları pensiyanı kredit ödəyir. Kredit götürdüyün zaman pensiya alma günü ilə bağlı tənzimləmə aparırsan ki, alıb kreditimi verəcəm. İndi hərbi qulluqçuların pensiyası geçikirsə, kredit ödəmələrimiz də gecikir və bu faizləri, cərimələri kim ödəyəcək?".
Elçin Kərimov bir müddət əvvəl sosial şəbəkələrdə təqaüdlərin bir ayının mənimsəniləcəyi ilə bağlı məlumatların yayılmasına da işarə edib: "Məlumatlarda qeyd olunurdu ki, ödəmə tarixləri geri çəkilə-çəkilə 1 ay ortada itib gedəcək. Əslində biz bu məlumatlara ciddi yanaşmırdıq. Amma indi baxıram elə bu gecikmıələr buna hesablanıb. Çünki, əvəllər pensiyalar ayın 4-5 arasında verilirdi, sonra oldu ayın 15-də, indi də etdilər ayın 27-sı. Yəni, ortada 1 ay yoxa çıxdı. Heç bir səbəb də gətirilmir. Yəni, ehtiyatda olan zabitlərə qarşı buqədərmi laqeydlik göstərilir?
Yəqin ki, baş verənlərdən Ali Baş Komandanın xəbəri yoxdur: Ehtiyatda olan zabitlərin hamsı bu vəziyyətdən narazıdır. Üstəlik Parlament Seçkiləri ərəfəsində belə bir addımın atılması doğru deyil, bu təxribatdır. Üstəlik, ehtiyyatda olan zabitlərə qarşı hörmətsizlikdir".