Əhmədinejad prezident olmaq istəyir - Kampaniya başlatdı

İranın keçmiş prezidenti, qarşıdan gələn prezident seçkilərinə namizədliyini irəli sürən Mahmud Əhmədinejad seçkiqabağı təbliğat və təşviqat kampaniyasına başlayıb.

O, artıq vətəndaşlar və seçicilərlə görüşlər keçirir.

Tehranın müxtəlif məhəllələri, bazarları və ictimai yerlərində vətəndaşlarla görüşən Əhmədinejad seçki platformasını açıqlayır.

Bir neçə ildir İran rəhbəri Əli Xamenei ilə ixtilafı olan keçmiş prezidentin vətəndaşlar tərəfindən rəğbətlə qarşılanması hakim sistemin nümayəndələrinin narahatlığına səbəb olub.