Əfqanıstanda soyuqdan ölənlərin sayı artdı

Əfqanıstanda davam edən anomal soyuq hava şəraiti səbəbindən ölənlərin sayı artıb. 

Bizimxeber.az CNN telekanalına istinadən xəbər verir ki, onların sayı 157-yə çatıb. 

Daha əvvəl bu rəqəm 104 idi.

Xatırladaq ki, Əfqanıstanda son vaxtlar ən soyuq qışlardan biri yaşanır. BMT-nin məlumatına görə, təxminən 30 milyon insanın (əhalinin təxminən üçdə ikisi) yardıma ehtiyacı var.