Eduard Məmmədova yüksək vəzifə verildi - FOTOLAR

Azərbaycan Respublikası Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Eduar Məmmədov DİN-in İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 

Eduard Məmmədov ona göstərilən etimada görə təşəkkür edib: “Bu etimadı mənə göstərdiklərinə görə Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazova və DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki xanım Zemfira Meftaxetdinovaya öz minnətdarlığımı və təşəkkürümü bildirirəm. 

Mən polis polkovnik-leytenantı Eduard Məmmədov hər zaman olduğu kimi bundan sonra da millətimə, dövlətimə şərəf və vicdanla xidmət edəcəyəm.