Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin bir qrupu ona yaxın rus əsgəri, pulemyot anbarı və təchiz olunmuş düşmən müşahidə məntəqələri aşkar edib.
Bizimxeber.az "Censor"a istinadən bildirir ki, Ukrayna əsgərləri gecikmədən qəfildən Ruslara hücum etmək qərarına gəliblər .
Snayper kəskin atəşlə düşmən müşahidəçisini vəhv edib, pulemyotçular düşmənin pulemyot anbarını darmadağın edərək şəxsi heyəti məhv etməyə başlayıblar. Düşməni atəşə tutduqdan sonra qrup geri çəkildi.
Əməliyyatın videogörüntüləri yayılıb.