Teleqram messencerinin təsisçisi Pavel Durov Fransada məhkəməyə aparılıb.
Bu barədə məlumatı “France-Presse” agentliyi yayıb.
P.Durov avqustun 24-də Parisdə saxlanılıb. Rusiyanın “Mash” teleqram kanalı Durovun Paris məhkəməsinə aparılmasını əks etdirən görüntülər yayıb.
Həmin görüntüləri təqdim edirik:
***
Paris məhkəməsi Pavel Durovu məhkəməyə qədər həbsdən azad edib. Bu barədə BFMTV məlumat yayıb. Telekanalın məlumatına görə, hakim Durovun işlə bağlı suallar vermək üçün azadlığa buraxılmasına qərar verib.