“Suriya Ərdoğan üçün tələ idi. O, strateji səhvə yol verdi. Rusiyaya xəyanət etdi”.
Bizimxeber.az konkret.az-a istinadən bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamı kimi tanınan Aleksandr Duqin deyib:
“Türkiyə İrana xəyanət etdi və məhv oldu. İndi Kamalın Türkiyəsinin sonu başlayıb. İndiyə qədər sizə dəstək olmuşuq, bundan sonra peşman olacaqsınız. Əvvəllər etmədiyimiz işləri edəcəyik”, – deyə Duqin Ərdoğanı hədələyib.
Qeyd edək ki, artıq Türkiyə teleqramlar kanallarında Duqinin bu açıqlaması paylaşılır.