Dünyanın ən yaşlı çöl quşu 74 yaşında yumurta qoyur

Dünyanın ən yaşlı vəhşi quşu, təxminən 74 yaşında, Sakit Okeandakı Midway Atoll Milli Vəhşi Təbiət Sığınacağında yumurta qoyub.

Bizimxeber.az "Associated Press"-ə istinadən bildirir ki, 74 yaşlı dişi albatros son 4 ildə ilk dəfə yumurtalayıb. Qeyd olunub ki, quşun indiyə kimi qoyduğu yumurtalardan 30-a qədər bala çıxıb.

Mütəxəssislərin hesablamalarına görə, albatrosların orta ömrü 68 ildir.