DTX-nin saxladığı Şükür Səfərov kimdir?

Dövlət Gömrük Komitəsinin Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərovun Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatda saxlanıldığı barədə xəbər yayılıb. 

Bizimxeber.az bildirir ki, onun DTX-nin Gömrük Komitəsində apardığı əməliyyat zamanı saxlanıldığı bildirilir.

Qeyd edək ki, sözügedən şəxs 2014-cü ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.