DTX Naxçıvan Gömrük Komitəsində əməliyyat keçirir – Binada axtarışlar aparılır

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində araşdırmalar başladıb. 

Bizimxeber.az bakudays.com-a istinadən bildirir ki, hazırda NMR Gömrük Komitəsinin bəzi əməkdaşları Komitə binasında saxlanılaraq DTX müstəntiqləri tərəfindən dindirilir. Binada axtarışlar aparılır.

Naxçıvan Gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır.