"Döyüşçü Pelosi, Tayvandan get!" - Çin haker hücumlarını dayandırmır

Pekini bərk qəzəbləndirən ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvan səfəri birincinin daha ciddi təpkiləri ilə yadda qalır. 

Bizimxeber.az "Reuters"ə istinadən bildirir ki, Pelosinin səfəri Tayvanın müxtəlif bölgələrində etirazla qarşılanıb, böyük miqyaslı kiberhücumlar təşkil olunub, 

Tayvanda böyük ticarət mərkəzlərinin monitorlarında qəfildən "Döyüşçü Pelosi, Tayvandan get!" şuarları görünməyə başlayıb.

Adadakı ən böyük 24 saat xidmət göstərən mağazalar şəbəkəsi Tayvan səlahiyyətlilərinin prezident aparatı, xarici işlər və müdafiə nazirliklərinə aid dövlət saytları, eləcə də dəmiryol vağzallarında ekranlar kimi infrastruktura misli görünməmiş kiberhücumların qurbanı olub. 

Ölkənin rəsmi qurumlarının açıqlamasında qeyd olunur ki,  hücumlar Çin və Rusiyadakı ünvanlardan qaynaqlanır. 

Tayvanın rəqəmsal naziri Audrey Tang bildirib ki, Pelosinin gəlişindən əvvəl və onun gəlişi zamanı Tayvan hökumət bölmələrinə edilən kiberhücumların həcmi əvvəlki gündəlik rekorddan 23 dəfə çox olmaqla 15.000 gigabiti keçib.