Dövlət Departamenti Rüfət Səfərovun saxlanmasından narahatdır

Hüquq müdafiəçisi Rüfət Səfərovun Azərbaycanda saxlanılması ilə bağlı yayılan xəbərlərdən dərin narahatıq".

Bizimxeber.az bildirir ki, bunu "Turan"a ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.

Patel Azərbaycanı "haqsız yerə" həbs olunanların hamısını azad etməyə çağırıb. "Dünyadakı insan haqları müdafiəçilərinin öz işlərini maneəsiz və qisas qorxusundan azad şəkildə həyata keçirə bilməsi çox vacibdir", - o əlavə edib.