ABŞ Livanın müxtəlif bölgələrində 8 nəfərin ölümü və 2,8 minə yaxın insanın yaralanması ilə nəticələnən peycerlərin partladılmasında iştirak etmir.
Bizimxeber.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.
“Sizə deyə bilərəm ki, ABŞ bu işdə iştirak etmir. Bizə əvvəlcədən məlumat verilməyib”.
O qeyd edib ki, ABŞ Livan və İsrail arasında münaqişənin diplomatik yolla həllinin tərəfdarıdır. Bundan əvvəl Hizbullah hərəkatı Livanda peycerlərin bombalanmasına cavab olaraq İsraili hədələmişdi.