ABŞ-ın Ukrayna-Rusiya müharibəsinin həlli planı hazırdır.
Bizimxeber.az "Bloomberg"ə istinadən bildirir ki, planın təfərrüatlarını fevralın 14-də keçiriləcək Münhen Təhlükəsizlik Konfransında xüsusi nümayəndəi Keyt Kelloq təqdim edə bilər.
Qeyd olunur ki, ABŞ-ın planına münaqişənin potensial dondurulması və Rusiya tərəfindən işğal olunmuş ərazilərin qeyri-müəyyən vəziyyətdə buraxılması, Ukraynaya təhlükəsizlik zəmanəti verilməsi daxildir, lakin bu təminatların nədən ibarət olacağı açıqlanmır.
Fevralın əvvəlində Kelloq bildirib ki, Tramp komandasının döyüşləri dayandırmaq və Rusiya ilə Ukrayna arasında sülh danışıqlarına başlamaq üçün möhkəm planı var.