"DİN asayişi qorumaq əvəzinə cinayətlər törədir" - SAYA

Aksiya iştirakçılarının mühasirəyə alınması praktikası geniş miqyas alıb. 

Bizimxeber.az bildirir ki, bu barədə Saya hüquq müdafiə qeyri-hökumət təşkilatı məlumat yayıb.

Dekabrın 2-də səhər saatlarında xüsusi təyinatlılar Rustaveli prospektində nümayişçilərə qarşı xüsusi vasitələr tətbiq etməklə yanaşı, çıxış yolunu bağlayıblar: Dekabrın 1-dən 2-nə keçən gecə, xüsusi təyinatlılar "dinc nümayişçilərə qarşı xüsusi vasitələrdən, o cümlədən su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə etməyə davam ediblər. Beşik küçəsində qapalı məkanda insanlara qarşı məqsədli şəkildə gözyaşardıcı qazdan istifadə edilib.

Hələ də jurnalistlərin fəaliyyətinə qəsdən müdaxilə , o cümlədən media nümayəndələrinə qarşı su axınından istifadə və qəsdən kameraların sındırılması , habelə fiziki zorakılıq və həbslər ( onlayn media yayımçısı Giorgi Çaqelişvili həbs olunub ) halları var.

Ən çox narahat edən isə bu gün geniş miqyasda görsənən mitinq iştirakçılarının mühasirəyə alınması praktikasıdır. Hətta mitinqin dağıdılması zamanı da xüsusi təyinatlılar vətəndaşlara ərazini sərbəst tərk etmək imkanı yaratmağa borcludurlar . Əvəzində səhər tezdən polis mitinq iştirakçılarını mühasirəyə alıb və dinc nümayişçiləri təqib edib . Mitinqdə IDFI-nin qanunun aliliyi və media azadlığı departamentinin rəhbəri Giorgi Davituri də həbs edilib.