DGK-nın vəzifəli şəxsləri nədə ittiham olunur?

Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Dövlət Gömrük Komitəsinin daha iki rəhbər vəzifəli şəxsi saxlanılıb.

Bizimxeber.az-ın əldə etdiyi məlumata görə, bu gün Səbail Rayon Məhkəməsi tərəfindən həmin iş üzrə Rəşad Babayev və Şükür Səfərov barədə vəsatətə baxılaraq 4 ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Rəşad Babayev DGK-nın Enerji Resursları və Dəniz Nəqliyyatı Baş Gömrük idarəsinin rəis müavini, Şükür Səfərov isə Gömrük Tariflərinin Tənzimlənməsi və ödənişlər baş idarəsinin Yol vergiləri və icazə blankları şöbəsinin rəisidir.

Onlar Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə həbs olunub.

Bu maddələr külli miqdarda təkrar rüşvət almağa görə məsuliyyət nəzərdə tutur.