"Dəryaz" qəzetinin (deryaz.az) təsisçisi baş redaktoru Habil Tağıyev həbs edilib.
Bizimxeber.az verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, Habil Tağıyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O, ayrı-ayrı şəxslər barəsində ifşaedici məlumatlar yayacağı hədəsi ilə müxtəlif məbləğlərdə pul tələb edib. Habil Tağıyevdən 10-a yaxın şəxs şikayət edib.
Ona hədəqorxu ilə tələb etmə maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qtəimkan tədbiri seçilib. Hazırda cinaət içi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, "Dəryaz" qəzeti daha əvvəllər Mətbuat Şurasının "qara siyahısına" daxil edilib.