Deputat: "İki övladı olanlar hərbi xidmətə çağrılmamalıdır"

"Keçmişdə iki uşağı olan hərbi xidmətə çağırılmırdı. Sonra 3 uşağı olan hərbi xidmətə çağırılmadı".  

Bizimxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib:

"Bir şəxsin iki övladı var, onu hərbi xidmətə çağırırıq. İki övladın saxlanılmasının özü dövlətə köməkdir. İki uşaq il yarım öz valideynini görmür. Bununla uşağın gələcəkdə böyüməsində də problemlər yarana bilər".