Deputat çevrilişdə ittiham olunur


Qırğız Respublikasının parlamentinin deputatı hakimiyyəti zorla ələ keçirməyə cəhdlə əlaqədar saxlanılıb.

Bu barədə Qırğız Respublikasının "24" agentliyi məlumat yayıb. 

Hakimiyyətin zorla ələ keçirilməsinə cəhdlə əlaqədar parlamentin deputatı Bakıtbek Jetiqenov saxlanılıb. 

Qeyd edək ki, bu gün Qırğız Respublikasında parlament seçkiləri keçirilir. /pravda/