"Danışıqların nəticələri çox insanı şoka salacaq" -  Vitse-prezident

"Ukraynadakı münaqişənin həlli üzrə danışıqların nəticələri çox insanı şoka salacaq razılaşma olacaq".

Bizimxeber.az bildirir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib.

Eyni zamanda, o qeyd edib ki, Kiyevin hansı təhlükəsizlik zəmanətlərini ala biləcəyi barədə danışmaq hələ tezdir. 

Vens həmçinin bildirib ki, Vaşinqton Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini istisna etmir. Bundan əlavə, Ağ Ev Amerika qoşunlarının Ukraynaya göndərilməsi imkanlarını nəzərdən keçirir: "Рansı ərazilərin Rusiyanın nəzarətində qalacağını söyləmək hələ tezdir. Иu detallar sülh danışıqları zamanı işlənməlidir".