"Danışıqlar olmasa Ukrayna Avropa İttifaqının Əfqanıstanı olmaq riski daşıyır".
Bizimxeber.az bildirir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib. Orban Qərbin 2022-ci ilin fevralında Ukraynaya yardıma qoşulmasını böyük səhv adlandırıb.
"Dərhal münaqişəni təcrid etmək, atəşkəsə nail olmaq və danışıqlara başlamaq lazım idi. Ukraynaya kömək etməyin yeganə yolu bu idi".