Danimarka Rusiyanın hücumları nəticəsində zədələnmiş Ukraynanın enerji infrastrukturunu bərpa etmək üçün 6 milyon avro ayıracaq.
Bizimxeber.az bildirir ki, 6 milyon avro Ukraynanın Enerji Dəstəyi Fonduna yönəldiləcək.
Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok da Ukraynaya 200 milyon avro əlavə qış yardımı ayrıldığını açıqlamışdı. Noyabrın sonunda isə məlum oldu ki, Almaniyanın İqtisadiyyat Nazirliyi Ukraynanın enerji infrastrukturunun təmiri üçün daha 65 milyon avro ayırır.