Danimakradan Putinə sərt cavab - "Diktator yalan danışır"

"Bu ölkə Vladimir Putinin bu həftənin əvvəlində dediyi kimi, nüvə başlığı daşıya bilən heç bir orta mənzilli raketi yerləşdirməyib".

Bizimxeber.az bildirir ki, bunu Danimarkanın Müdafiə Nazirliyi açıqlayıb. 

Danimarka Müdafiə Nazirliyi açıqlamasında " - Diktator yaıan danışır, Danimarkada orta mənzilli raketlər yerləşdirilməyib" vurğulayıb.

"NATO müdafiə ittifaqıdır. Təcavüzkar Rusiya fonunda zəruri olan çəkindirmə və müdafiə NATO-nun əsas vəzifələrindən biridir. Təlim daimi çəkindirmənin vacib hissəsidir", - agentlik əlavə edib.

Rusiya Təhlükəsizlik Şurasının iclasında Putin Danimarkanı tənqid edərək, ABŞ-ın oraya nüvə gücünə malik orta mənzilli raketlər göndərdiyini iddia edib. O, bu məlumatı haradan aldığını və raketlərin Danimarkaya nə vaxt çatmalı olduğunu açıqlamayıb. 

Diktator əlavə edib ki, bununla bağlı Rusiya orta və yaxın mənzilli raketlərin istehsalına başlamalı və sonra onların harada yerləşdirilməsi barədə qərar verməlidir.

1987-ci ildə ABŞ və o vaxtkı Sovet İttifaqı arasında imzalanmış Orta və Yaxın mənzilli raketlər Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsi (INF Müqaviləsi) çərçivəsində qadağan edilmişdi.

Amma həm ABŞ, həm də Rusiya bu müqaviləni 2019-cu ildə dayandırıb.