Daha bir tələbə vəfat etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının 3-cü kurs tələbəsi Ləman Zaur qızı Osmanova noyabrın 17-də yaşadığı evdə vəfat edib.

Bizim.Media xəbər verir ki, Qubanın Rustov kənd sakini, 19 yaşlı Ləmanın ürək çatışmazlığından dünyasını dəyişdiyi deyilir. Faktı Quba Rayon Prokurorluğu araşdırır.

Məlumata görə, mərhum tələbənin atası Zaur da bir neçə il əvvəl Rusiyada ürəktutmasından vəfat edibmiş. 

Qeyd edək ki, Ləman Osmanova Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialının 3-cü kurs tələbəsi olub. O, noyabrın 17-də yaşadığı evdə ürəktutmasından dünyasını dəyişib.