Daha bir ölkədən Moskvaya uçuşlar dayandırıldı

Çinin “China Southern” aviaşirkəti Moskva-Pekin marşrutu üzrə birbaşa uçuşları martın 30-dək dayandırıb. 

Bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) məlumat yayıb. 

Bildirilir ki, vəziyyət 15-17 min nəfərin səyahətinə təsir edə bilər.

Assosiasiya qeyd edib ki, “China Southern”dən başqa dörd aviaşirkət -  “Aeroflot”, “China Eastern” və “Hainan Airlines” Moskva-Pekin marşrutu üzrə uçuşlar həyata keçirir.