Estoniya dövlətin rəsmi şəxslərə verdiyi smartfonlarda "TikTok" tətbiqinin istifadəsini və quraşdırılmasını qadağan edib.
Bizimxeber.az “European Pravda”ya istinadən bildirir ki, bu ayın sonuna qədər bütün mərkəzdən idarə olunan cihazlarda "TikTok" tətbiqi bağlanacaq.
Dövlət məmuru iş yerində şəxsi telefonundan istifadə edərsə, buna müdaxilə edilməyəcək. Proqram yalnız dövlət tərəfindən verilən və rəsmi işlər üçün istifadə olunan smartfonlardan silinəcək.
Qeyd edək ki, İsveç Müdafiə Qüvvələrinin üzvlərinə artıq iş telefonlarında "TikTok" sosial şəbəkəsindən istifadə etməyə icazə verilmir.
Ekspertlər hesab edir ki, Çin şirkətinə məxsus olan proqram istifadəçi məlumatlarını toplayır və bu isə Çin hökumətinin istənilən məlumatı əldə edə biləcəyi ilə bağlı narahatlıq doğurur.
Qeyd edək ki, son həftələrdə bəzi Avropa ölkələri təhlükəsizlik səbəbi ilə məmurlara və dövlət qulluqçularına "TikTok"-dan istifadəni qadağan etməyə başlayıb və Avropa Komissiyası ötən ay müvafiq sərəncam verib.