"Daha bir müşahidəçimiz, Fərəcova Gülər polisə çağrılıb".
Bizimxeber.az bildirir ki, bunu "Facebook" hesabıənda 70 saylı Neftçala seçki dairəsindən olan namizəd Vəfa Nağıyeva yazıb.
Namizəd bildirib ki, müşahidəçi Gülər Fərəcova "Seçkilər demokratik keçəcək, çünki mən belə istəyirəm" deyən Tənzilə Rüstəmxanlının nümayəndəsi, Toğrul Allahverdinin (juranlistləri görüşdən çıxaran şəxs) şikayəti əsasında Neftçala rayon polis şöbəsinə çağırılıb.
Qeyd edək ki, 70 saylı Neftçala seçki dairəsindən favorit namizəd Vəfa Nağıyeva hesab olunur.