Daha 63 rus əsgəri Ukrayna əsirliyindən buraxıldı

Daha 63 rusiyalı hərbçi Ukrayna əsirliyindən qayıdıb. 

Bizimxeber.az bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. 

Hərbi idarə rusların geri qaytarılması ilə bağlı danışıqlar prosesinin çətin olduğunu qeyd edib.

Azad edilmiş hərbçilər arasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi sayəsində mübadilələri mümkün olan həssas kateqoriyadan olan şəxslər də var.

Ukrayna hələlik Rusiya Müdafiə Nazirliyinin mesajını şərh etməyib.