Daha 21 şəhidimiz var - Siyahı

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların yeni siyahısı açıqlanıb.

Bizimxeber.az xəbər verir ki, siyahıda 71 şəhidin adı göstərilib. Daha əvvəl bu rəqəm 50 idi. 

Xatırladaq ki, sentyabrın 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Müdafiə Nazirliyinin daha əvvəl açıqladığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Beləliklə, Ermənistanın son təxribatları zamanı şəhid olan hərbçilərimizin sayı 71-ə çatıb.

Şəhidlərin siyahısı