Dağıstanda terror aktı nəticəsində ölənlərin sayı 20-yə çatıb

Dağıstanda silahlı hücumlar nəticəsində 20 nəfər ölüb, 46 nəfər yaralanıb. 

Bizimxeber.az bildirir ki, bu barədə vilayət Səhiyyə bölməsi məlumat yayıb.

“Ötən gün Mahaçqala və Dərbənddə baş vermiş terror aktı nəticəsində mülki şəxslər və hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla 46 nəfər xəsarət alıb. Təəssüf ki, 20 nəfər ölüb, onların arasında hüquq-mühafizə orqanlarının əməkdaşları və mülki şəxslər də var”, deyə bildirilir.

Daha yeddi yaralının vəziyyəti ağırdır. 

Şöbədən həmçinin bildirilib ki, bu gün xəstəxanada olan xəstələrin xəsarətləri ilə bağlı federal mərkəzlərlə teletibb məsləhətləşmələri keçirilib. Mesajda belə xəstələrin dəqiq sayı göstərilmir.