Culani Suriyanın yeni Prezidenti oldu

Əhməd əş-Şaraa (Culani) keçid dövründə Suriya Prezidenti vəzifəsini icra edəcək. 

Bu barədə Hərbi Əməliyyatlar Direktorluğunun (yeni qurulmuş hökumətin rəhbər orqanı) bəyanatında qeyd olunub. 

Məlumata görə, o bundan sonra müvəqqəti adminstrasiyanın prezidenti kimi ictimai tədbirlərdə iştirak edə biləcək. 

Bundan əlavə, ölkənin hakimiyyət orqanları Konstitusiyanın fəaliyyətinə xitam verildiyi, parlamentin, Təhlükəsizlik Xidmətinin və silahlı birləşmələrin buraxıldığı bəyan edilib.