Çörəyin qiyməti qalxdı


Azərbaycanda 1 növ "Karmen" unun qiyməti 27 manatdan 38 manata qalxıb. 

Bizimxeber.az bildirir ki, qiymət artımı əsasən rayonlarda qeydə alınır. Lakin qiymət artımı Bakı şəhərində də müşahidə olunmaqdadır. Belə ki, özəl çörəkbişirmə müəssisələrində çörəyin qiymət artımı müşahidə olunur. 

"Nömrə 1" və "Baton" markasından olan çörəklərin satışı isə demək olar dayandırılıb. Mağaza sahibləri bunun qiymət artımı ilə əlaqələndirirlər.