Conson Baş nazir postuna namizəd ola bilər

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun Baş nazirlik uğrunda mübarizəyə qoşula biləcəyi iddia edilib. 

Bizimxeber.az bildirir ki, “Teleqraf”da çıxan xəbərdə Consonun istefa verdiyini açıqlayan Trassın yerinə partiya daxilində Baş nazirlik yarışına qatılacağı bildirilib.

Hazırda Dominikan Respublikasında istirahətdə olan Conson bu haqda rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Boris Conson iyulun 7-də hakim Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verib.