Co Bayden son səfərini bu ölkəyə edəcək

ABŞ prezidenti Co Bayden yanvarın 9-12-də Romaya səfər edəcək.

Bizimxeber.az bildirir ki, bu səfər onun prezident olaraq sonuncu səfəri hesab olunur.

Səfər zamanı o, İtaliyanın baş naziri Giorgia Meloni və Papa Fransisk ilə görüşəcək. Bloomberg yazır ki, Amerika liderinin pontifiklə vida səfəri çox güman ki, dərin şəxsi xarakter daşıyır.