Çinin şimalındakı Mohedə son 54 ilin ən soyuq günü

Rusiya ilə sərhəddə yerləşən Mohedə yanvarın 22-də yerli vaxtla saat 07:00-da havanın temperaturu 53 dərəcə şaxta olub.

Bu, Mohedə temperaturun 52,3 dərəcə şaxta təşkil etdiyi 1969-cu ildən bəri rekord həddə çatıb.

Çinin ən soyuq bölgəsi olaraq göstərilən və ölkənin Şimal Qütbü kimi tanınan Mohedə qış mövsümü ümumiyyətlə 8 ay davam edir.