Çindən ABŞ-a xəbərdarlıq - "Koronavirusu siyasiləşdirməyi dayandırın"

"Birləşmiş Ştatlar COVID-19-un mənşəyi məsələsini siyasiləşdirməyi dayandırmalı və öz bioloji laboratoriyalarının fəaliyyətinə aydınlıq gətirməlidir".

Bizimxeber.az bildirir ki, bunu Çin Xarici İşlər Nazirliyi ABŞ-a etdiyi xəbərdarlıqda qeyd edib. 

Bəyanatda qeyd olunur ki, koronavirusun mənşəyi problemi alimlərin həll etməli olduğu elmi sualdır.

"Birləşmiş Ştatlar (koronavirusun) mənşəyi məsələsini siyasiləşdirməyi və alətləşdirməyi dayandırmalı, günahı başqa ölkələrə atmağı dayandırmalıdır. Vaşinqton öz bioloji laboratoriyaları ilə bağlı insanların şübhələrini aradan qaldırmalı və onların fəaliyyəti ilə bağlı izahat verməlidir".