Çinin şimal-qərbindəki Qinghai əyalətində 5,5 bal gücündə yenidən zəlzələ baş verib.
Bizimxeber.az bildirir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ Çinxay əyalətinin Qoloq Tibet Muxtar Prefekturasının Mado dairəsində qeydə alınıb. Zəlzələnin ocağı 14 kilometr dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Qeyd olunur ki, zəlzələnin episentri Çinxay əyalətinin inzibati mərkəzi olan Sinin şəhərindən 437 kilometr aralıda əhalinin az məskunlaşdığı yüksək dağlıq ərazidə olub.
Qeyd edək ki, yanvarın 7-də Tibet Muxtar Vilayətinin Şiqatse qraflığının Tinqri dairəsində 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Bu günə qədər hakimiyyət orqanları 126 nəfərin öldüyünü, daha 188 nəfərin isə müxtəlif dərəcəli xəsarət aldığını təsdiqləyib.