Çin mənimsəmə və rüşvət yolu ilə 3,06 milyard yuan və ya 426 milyon dollar mənimsəmiş Hohhot Texno-İqtisadi İnkişaf Zonasının işçi komitəsinin keçmiş katibi Li Jianpini edam edib.
Bizimxeber.az bildirir ki, TASS bu barədə Çin Xalq Respublikasının Ali Xalq Məhkəməsinə istinadən xəbər verib.
Qeyd olunur ki, Li Jianpin bir dövlət şirkətindən 1,43 milyard yuandan (199 milyon dollar) çox pul ələ keçirib, 577 milyon yuan (80 milyon dollar) rüşvət alıb, həmçinin 1,06 milyon yuanı (147 milyon dollar) mənimsəyib.
Keçmiş məmur oğurluq və rüşvətlə yanaşı, cinayət əməllərində də mühakimə olunub. Onun şəxsi əmlakı müsadirə edilib. Oğurlanmış vəsaitlərin bir qismini geri qaytarmaq mümkün olmayıb.
Bu arada Çinin müdafiə naziri Dong Jun korrupsiyada şübhəli bilinir.