Çin və Braziliya sülhməramlılarını Ukraynada Rusiya istəyir?

Amerika atəşkəs olacağı təqdirdə Ukraynaya, o cümlədən qeyri-Avropa ölkələrindən sülhməramlıların göndərilməsini təklif ediblər.

Bizimxeber.az bildirir ki, bu barədə Economist dərgisi yazıb.

Jurnalın məlumatına görə, söhbət ilk növbədə Braziliya və ya Çindən olan hərbi kontingentdən gedir. Bu qüvvələrin bufer zonasının yaradılması üçün atəşkəs xətti boyunca yerləşdiriləcəyi gözlənilir. 

Həmçinin Ukraynaya sülhməramlılarını göndərə biləcək ölkələr arasında Böyük Britaniya, Fransa, Almaniya və Polşanın da olacağı gözlənilir. Bundan əlavə, yanvarda Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin təhlükəsizliyinin mümkün qarantı kimi ölkədə Amerika qoşunlarının yerləşdirilməsində israr etmişdi.