Çin təyyarələri Tayvanla sərhəddə - Müharibə xəbərdarlığı edildi

"Son 24 saat ərzində Tayvan silahlı qüvvələri Çin Ordusunun (PLA) 71 təyyarəsinin adaya yaxınlaşmasını qeydə alıb. Onlardan 47-si Tayvan boğazının xəttini keçərək adanın cənub-qərb hava hücumundan müdafiə zonasına daxil olub".

Bizimxeber.az bildirir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb.

PLA təyyarələri arasında on iki Shenyang J-11 qırıcısı, həmçinin bir CASC CH-4 kəşfiyyat pilotsuz təyyarəsi var. CNN qeyd edir ki, bu, son aylarda Çinin Tayvanın hava zonasına ən böyük müdaxiləsi olub. Hərbi idarənin məlumatına görə, adanın yaxınlığında 7 Çin hərbi gəmisi də aşkar edilib.

Tayvan ordusu cavab olaraq təyyarələr, gəmilər və yerüstü raket sistemləri barədə xəbərdarlıq edib.