"Çin son aylar təhlükəli hərbi gedişlər edir" - Blinken

"Çin son aylarda ABŞ və digər Qərb ölkələrinə qarşı bir sıra təhlükəli hərbi əməliyyatlar həyata keçirib".

Bizimxeber.az bildirir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Blinken mayın 26-da Cənubi Çin dənizi üzərində ABŞ-ın RC-135 kəşfiyyat təyyarəsinin qarşısından uçan Çin qırıcısının manevrini qəbuledilməz adlandırıb: "Təyyarələrimiz beynəlxalq hava məkanında uçur. Çinli pilot təyyarəmizə çox yaxınlaşaraq təhlükəli hərəkətlər edir. Bu qəbuledilməzdir".