Çin, Rusiya və İranın hərbi dəniz təlimləri nəyə hesablanmışdı?

"Çin, Rusiya və İranın birgə hərbi təlimləri dəniz təhlükəsizliyinə, eləcə də regional sülh və sabitliyə müsbət töhfə verib",

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, bu sözləri Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei deyib.

"Təlimlər üç ölkə donanmasının ənənəvi dostluğunu və praktiki əməkdaşlığını daha da gücləndirib və dəniz təhlükəsizliyi, regional sülh və sabitliyə müsbət töhfə verib", - deyə Tan jurnalistlərə bildirib.

Rəsmi əlavə edib ki, martın 15-18-də keçirilən təlimlər üç ölkənin donanmasının dənizdə müxtəlif hərbi tapşırıqları birgə yerinə yetirmək imkanlarını da artırıb.