Çin Avropaya qaz verməkdən imtina edəcək - Bloomberg

Çin rəhbərliyi dövlət şirkətləri olan "PetroChina Co", "Sinopec və CNOOC" Ltd-yə mayeləşdirilmiş təbii qazı Avropa və Asiyaya satmamağı tapşırıb.

Bizimxeber.az bildirir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Qeyd olunur ki, belə bir qərar Çində istilik mövsümünün keçməsini təmin etmək məqsədilə verilib. "Bloomberg"in məlumatına görə, Avropa ölkələri tərəfindən qaz anbarlarının doldurulması və rekord yüksək çatdırılma xərcləri Çin Xalq Respublikasından “yanacaqların təkrar çatdırılmasının cəlbediciliyini azaldıb”.

Məqalədə bildirilir ki, Çinin qərarı soyuq qış olacağı təqdirdə regionda enerji böhranını daha da pisləşdirə bilər.

Qeyd edək ki, Çin Rusiya Federasiyasından qazı yarı qiymətinə alıb. Avropaya baha qiymətə satır. Və sonradan məlum oldu ki, Qazprom Çinə qaz nəqlini dayandıracaq.