Çin ABŞ mallarına 15 faiz rüsum tətbiq etdi

Çin ABŞ-ın kömür və LNG-yə 15% rüsum tətbiq edib.

Bizimxeber.az bildirir ki, bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının Tarif və Təsnifat Komitəsinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, fevralın 10-dan etibarən ABŞ-dan idxal olunan bəzi mallara əlavə rüsumlar tətbiq olunacaq.

Xüsusilə, kömür və mayeləşdirilmiş təbii qaza (LNG) 15% əlavə rüsum tətbiq edilir. Bundan əlavə, xam neft, kənd təsərrüfatı texnikası, iritutumlu nəqliyyat vasitələri və pikap avtomobillərinə əlavə 10% rüsum tətbiq olunacaq.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ administrasiyası Çindən gələn mallara 10% rüsum tətbiq etdiyini açıqlamışdı.