Çinin müdafiə naziri Li Şanqfu ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə Sinqapurda Şanqri-La Dialoq təhlükəsizlik konfransında görüşməkdən imtina edib.
Bizimxeber.az bildirir ki, bu barədə “The Wall Street Journal” Pentaqonun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Sanksiyaya məruz qalan Li Şanqfunun demarşı ABŞ-ın təzyiqinə cavab olaraq eskalasiya oyununun bir hissəsinə çevrilib.
Bundan əvvəl Çin hakimiyyəti Amerikanın Micron yarımkeçirici şirkətinin məhsullarının alınmasını qadağan etmişdi. Pekin öz mikroçiplərinin Çinin "milli təhlükəsizliyinə təhdid" olduğuna qərar verdi. Buna cavab olaraq Vaşinqton Pekini ABŞ-a “iqtisadi təzyiq”də ittiham edir və yeni sanksiyalarla hədələyir.