Qar yağması və güclü külək Çexiyada 100 minə yaxın ailə işıqsız qalıb.
Ağacların aşması nəticəsində elektrik xətləri sıradan çıxıb. Hava şəraiti nəqliyyatın hərəkətini çətinləşdirib.
Yüzlərlə qartəmizləyən maşın yollarda olub.
Bundan əvvəl, fevralın 2-də ABŞ-da baş verən qar fırtınası nəticəsində pis hava şəraitinin səbəb olduğu yol qəzalarında ən azı 9 nəfərin öldüyü bildirilmişdi . Yanvarın 30-dan əlverişsiz hava şəraiti ilə əlaqədar bir neçə min reys təxirə salınıb.